Azərbaycan çempionatının 17-ci turuna “Sabah” - “Neftçi” oyunu ilə start verilib. Görüş “Neftçi”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Sezar Meza Kolli vurub. Xalların sayını 28-ə yüksəldən “Neftçi” turnir cədvəlində 3-cü pilləyə qalxıb. Onunla eyni xalı olan və 1 oyun az keçirən “Zirə” 4-cü yerdədir. Sabah isə 20 xalla 5-cidir.
Lider “Qarabağ”ın ən yaxın izləyicisi “Qəbələ” “Sumqayıt”a səfər edib. Artıq 2-ci dəqiqədə qonaqlar hesabı açıblar. Rafael Utziq fərqlənib. Fasiləyə kimi Ruan Renato və Rövlan Muradov hesabı artırıb. 2-ci hissədə “Qəbələ” futbolçuları daha 1 qol vurublar. Murad Musayev qarşılaşmada son nöqtəni qoyub - 4:0. Ardıcıl 2-ci görüşündə qalib gələn “Qəbələ” 32 xalla 2-ci pillədədir. Komanda ehtiyatda 2 oyunu olan lider “Qarabağ”la xal fərqini 4-ə endirib. 13 xalı olan “Sumqayıt” isə 7-ci yerdədir.